Məmur narkotik vasitə ilə saxlanıldı

Faktla bağlı istintaq aparılır

Gürcüstanın Çiatura şəhər meriyasının əməkdaşı narkotik vasitələrin qanunsuz saxlanılması və daşınması ilə bağlı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Meriyanın memarlıq, tikinti və nəzarət xidmətinin 1971-ci il təvəllüdlü əməkdaşı mərkəzi avtomagistralda maşınla hərəkətdə olarkən polis tərəfindən saxlanılıb və üzərinə baxış zamanı tərkibində metadon olan narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ilədək həbs cəzası gözləyir.(report.az)

AzNews.az