Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir

İran kosmosa peyk göndərəcək

Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir

İran bu həftənin sonuna kimi "Zəfər" peykini kosmosa göndərəcək.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, "Zəfər" peyki "Simurq" raketi ilə göndəriləcək və Yerin 530 kilometrliyində yerləşəcək.

Qeyd edək ki, 29 yanvarda İranın rabitə və informasiya texnologiyalar naziri bildirmişdi ki, "Zəfər 1" və "Zəfər 2" peyklərinin istehsalına 2 milyon avrodan az vəsait xərclənib.

Azəri Cəhromi qeyd etmişdi ki, peykin göndərəcəyi kadrların dəyəri isə 10 milyon avrodan çoxdur. Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir.

İranın "Zəfər" peykinin çəkisi 113 kiloqramdır. Peykin orbitə göndərilməsində məqsəd İranın neft ehtiyatları, kənd təsərrüfatı, meşəlik və göllərdə baş verən dəyişikliklər üzrə xəritələri yeniləməkdir.