İranda parlament seçkiləri keçirilir

290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparır

İranda 54 min seçki mәntәqәsinin 40 mini qeyri-sәyyar mәntәqәdir.

Məlumata görə, bunu İranın daxili işlәr nazirinin müavini vә Seçki Komissiyasının sәdri Camal Ürf jurnalistlәrә açıqlamasında deyib.

Onun sözlәrinә görә, İran Daxili İşlәr Nazirliyi seçkilәrin keçirilmәsi üçün şәrait yaradıb.

Ürf qeyd edib ki, seçkilәr üçün әlavә bülleten hazırlanaraq seçki mәntәqәlәrinә tәhvil verilib. Buna görә bülleten çatışmazlığı yaranmayacaq. İndiyәdәk seçkilәrdә hәr hansı problemlә әlaqәdar mәlumat daxil olmayıb.

Qeyd edәk ki, bu gün İranda keçirilәn sayca 11-ci parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparır. Budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min seçici var. Seçkilәr 208 dairə və 54 mindən çox məntqədə həyata keçirilir. (Trend)

AzNews.az