Raket 1400 km məsafədə hədəfləri vura bilir Raket 1400 km məsafədə hədəfləri vura bilir

İranda yeni növ raketə Süleymaninin adı verildi

Raket 1400 km məsafədə hədəfləri vura bilir

İran hakimiyyəti bu gün iki yeni növ raketin istehsalının müvəffəqiyyətlə başa çatdığını elan edib. Onlardan birinə ABŞ-ın xüsusi əməliyyatı zamanı İraqda öldürülən general Qasım Suleymaninin adı verilib.

AzNews.az “Associated Press”ə istinadən xəbər verir ki, “Şəhid Qasım” adlı yerüstü raket tərtibçilərin fikrincə, 1400 km məsafədə hədəfləri vura bilir. İkinci raket isə Süleymani ilə birlikdə həlak olan Xalq Səfərbərlik Qüvvələrinin komandan müavini Əbu Mehdi əl-Mühəndisinin xatirəsinə adlandırılıb.

Xatırladaq ki, bu il yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülmüşdü.