Gətirilən ilk doza səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub Gətirilən ilk doza səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub

Sabah Gürcüstana ilk peyvəndlər gətiriləcək

Gətirilən ilk doza səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub

Fevralın 1-də Gürcüstana Amerikanın “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin müavini Tamara Qabunia açıqlama verib. Nazir müavininin sözlərinə görə, artıq fevralın ortasında ölkəyə “Pfizer” vaksininin birinci partiyası, 29.250 doza gətirilmiş olacaq. O bildirib ki, gətirilən ilk doza səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub.

Tamar Qabunia əlavə edib ki, Gürcüstan “Pfizer”dən başqa, Britaniyanın “AstraZeneca” şirkəti tərəfindən istehsal edilən vaksini də əldə etmək niyyətindədir.