İran yükdaşıyanları yenə Qarabağa qanunsuz gediş-gəliş edir İran yükdaşıyanları yenə Qarabağa qanunsuz gediş-gəliş edir

İran Qarabağa qaçaqmal daşıyır - VİDEO

İran yükdaşıyanları yenə Qarabağa qanunsuz gediş-gəliş edir

Bu ilin avqustunda Azərbaycana Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan ərazilərə böyuk yüklərlə İran yükdaşıyanlarının daxil olması məlum oldu. Rəsmi Bakıdan icazə alınmadan 11 iyuldan 8 avqusta qədər 35 İran maşını (4 yük, 31 benzin) Laçın dəhlizindən 70 dəfə keçmişdi. Hətta giriş-çıxışların dəqiq vaxtı da bilinir: 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul; 3, 4, 5, 6, 7 avqust.
Bundan sonra- 11 avqustda Azərbaycan Xarici işlər nazirliyi İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvini inzibati binasına çağırır. Səfirə nota təqdim edilir və Azərbaycanın kəskin narazılığı ifadə olunur, İran yükdaşıyanlarının Bakıdan xəbərsiz Qarabağa girməsinin münasibətlərə kölgə salması açıq-açıq üzə vurulur. Rəsmi Bakının icacəsi olmadan dost İran İslam Respubliksına aid olan müxtəlif nəqliyyat vasitələrinin Qarabağda hərəkət etməsinə notada etiraz bildirilir. Bu barədə XİN-in bəyanatında deyilir.
Rəsmi Bakı onu da vurğulamışdı ki, qanunsuz fəaliyyətə son qoymalı olan yeni İran rəhbərliyinin əməli addımlar atacağına ümid edir. İndi həmin olayların üstündən düz bir ay keçib. İran Bakının etirazından nəticə çıxarıb və oxşar hadisələrin baş verməsinin qarşısını alıbmı? Qətiyən!
Caliber.az-a daxil olan eksklüziv görüntülər təsdiqləyir ki, İran yükdaşıyanları yenə Qarabağa qanunsuz gediş-gəliş edir.
Sayt öyrənib ki, 11 avqustdan 10 sentyabradək müxtəlif yüklü, xüsusən xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 maşın sərhədimizi keçib və onlardan 55 -i geri qayıdıb. Fakt təkzibedilməzdir. Amma görəsən İran indi nə deyəcək? Yenə dostluqdan söz salıb praktikada əksinə davranacaqmı?

image description image description image description image description image description image description