Bunu Gürcüstanın Baş naziri Avropa Günü münasibəti ilə təşkil edilmiş tədbirdə çıxışında deyib Bunu Gürcüstanın Baş naziri Avropa Günü münasibəti ilə təşkil edilmiş tədbirdə çıxışında deyib

Qaribaşvili: “Ukraynada müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyənləşdirəcək”

Bunu Gürcüstanın Baş naziri Avropa Günü münasibəti ilə təşkil edilmiş tədbirdə çıxışında deyib

Ukraynada müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyənləşdirəcək.

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Irakli Qaribaşvili Avropa Günü münasibəti ilə təşkil edilmiş tədbirdə çıxışında deyib:

“Ukraynada müharibənin başa çatması hamı üçün böyük önəm daşıyır, müharibənin nəticələri bütün dünyanın gələcək günlərini müəyyənləşdirəcək, o cümlədən də Gürcüstanın. Ona görə də, müasir dünyanın Avropanın üzləşdiyi bu çağırışa necə reaksiya verməsi çox önəmlidir”.

Baş nazir ölkəsinin Avropa ilə birlikdə olduğunu və Gürcüstanın Avropa ilə ortaq dəyərlərə sahib olduğunu vurğulayıb.