Mitinqdə, həmçinin Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir Mitinqdə, həmçinin Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir

Gürcüstanda yenidən mitinq başlayıb - FOTO

Mitinqdə, həmçinin Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir

Gürcüstanda yenidən genişmiqyaslı mitinq keçirilir.

Aznews.az xəbər verir ki, Tbilisidə parlament binasının qarşısında keçirilən mitinqdə hakimiyyətdən Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusunun verilməsi üçün irəli sürdüyü şərtləri yerinə yetirməsi tələb olunur.

“Utanc” hərəkatının təşkil etdiyi mitinqdə müxalif partiyaların nümayəndələri, eləcə də ictimai xadimlər iştirak edirlər.

Mitinqdə, həmçinin Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir.

Mitinq səbəbi ilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb olunub.

Qeyd edək ki, Avropa İttifaqı Şurası ötən gün Gürcüstana namizəd statusu deyil Avropa perspektivi verilməsinə qərar verib.

Gürcüstanın ilin sonunadək namizəd statusu əldə edə bilməsi üçün bir sıra şərtləri yerinə yetirməsi tələb olunub.