Qərb Ukraynadakı münaqişənin əsas səbəbidir - İran XİN

"NATO və Qərb ölkələrinin təxribat xarakterli hərəkətləri Ukraynadakı münaqişənin əsas səbəbidir".

Aznews.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin TRT World telekanalına müsahibəsində deyib.

"Ukraynadakı müharibə mürəkkəb məsələdir. Qərbdəki bəzi beyin mərkəzləri hesab edir ki, Ukraynadakı müharibə beynəlxalq münasibətlər tarixində yeni başlanğıcdır. Yaxşı, İran İslam Respublikasının mövqeyi əvvəldən bəlli olub. Biz müharibənin əleyhinəyik və siyasi həll yolu görmək istəyirik. Həmçinin NATO və bəzi Qərb ölkələrinin təxribat xarakterli hərəkətlərini bu müharibənin əsas səbəbi hesab edirik”-deyə Hüseyn Abdullahiyan qeyd edib.

Mövsüm