Təkər təmiri sexindən pul oğurlayan şəxslər tutulublar. Təkər təmiri sexindən pul oğurlayan şəxslər tutulublar.

Sexdən pul oğurlayan şəxslər tutuldu

Təkər təmiri sexindən pul oğurlayan şəxslər tutulublar.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən il fevralın 26-da Şəki rayonunun Orta Zəyzid kəndində kənd sakini Soltan Mustafayevə məxsus təkər təmiri sexindən 50 manat oğurlanıb.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakinləri Elnur Yusifov, Fariz Cavadov və Fərid Nəcəfov tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların rayon sakini X.Vəliyevanın evindən məişət əşyaları oğurlamaları da müəyyən edilib.