“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə məlumat yayıb ki, guya sabiq Aparat rəhbəri Səfər İmanov işdə yol verdiyi nöqsanlara görə töhmət alıb. Amma S. İmanov 2011-ci ildə Komitənin rəhbəri Hicran Hüseynovanın təqdimatı əsasında ölkə başçısı tərəfindən dövlət qulluğunda fərqlənməyə görə təltif edilib”. “Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə məlumat yayıb ki, guya sabiq Aparat rəhbəri Səfər İmanov işdə yol verdiyi nöqsanlara görə töhmət alıb. Amma S. İmanov 2011-ci ildə Komitənin rəhbəri Hicran Hüseynovanın təqdimatı əsasında ölkə başçısı tərəfindən dövlət qulluğunda fərqlənməyə görə təltif edilib”.

170 min rüşvət alan aparat rəhbəri haqda ilginc detallar - Təltif edilibmiş

“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə məlumat yayıb ki, guya sabiq Aparat rəhbəri Səfər İmanov işdə yol verdiyi nöqsanlara görə töhmət alıb. Amma S. İmanov 2011-ci ildə Komitənin rəhbəri Hicran Hüseynovanın təqdimatı əsasında ölkə başçısı tərəfindən dövlət qulluğunda fərqlənməyə görə təltif edilib”.


Bunu AzNews.az-a açıqlamasında vəkil Adəm Məmmədov deyib. Vəkil S.İmanovla bağlı daha bir maraqlı faktın üstünü açıb: "Komitə məlumat yayıb ki, Səfər İmanov işdən noyabrın 1-də çıxarılıb. Halbuki həmin günü Milli Məclisə seçkilər keçirilirdi. Yəni, noyabrın 1-i qeyri-iş günü idi. Qeyri-iş günü kimisə necə işdən azad edə bilərlər?"

A.Məmmədovun sözlərinə görə, S.İmanov artıq H.Hüseynovanın rüşvət aldığını təsdiqləyib: "O, lazım olan bütün sənədləri istintaqa və mətbuata çıxaracağını deyib. Artıq iki nəfər faktı təsdiqləyir".

Qeyd edək ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. Onun komitə sədri H.Hüseynova ilə əlbir olaraq Eynur Kərimovdan icra başçısının müavini vəzifəsinə düzəldiləcəyi adı ilə 170 min dollar rüşvət aldığı bildirilir.

Bahar RÜSTƏMLİ
AzNews.az