Türkiyədə 2 uşağa 1 il boyunca təcavüz edən şəxs həbs olunub. Türkiyədə 2 uşağa 1 il boyunca təcavüz edən şəxs həbs olunub.

Polislər həyatını xilas etdi - 2 oğlana təcavüz etdiyi ortaya çıxdı

Türkiyədə 2 uşağa 1 il boyunca təcavüz edən şəxs həbs olunub.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Seyhan rayonunun Gülbahçesi məhəlləsində vətəndaşların bir adamı döyməsi barədə xəbər alan polis dəstələri hadisə yerinə gəlib. Polislər Z.İ -ni məhəllə sakinləri üzərinə benzin töküb yandırmaq istədiyi vaxt xilas edib. Aldığı zərbələr nəticəsində yaralanan şəxs xəstəxanada müalicə aldıqdan sonra barəsindəki iddialara görə polis bölməsinə aparılıb.

Məhəllədə çörək və simit dükanı işlədən Z.İ. yanında çalışan 16 yaşındakı 2 oğlan uşağına bir il boyunca təcavüz etməsi iddiasıyla saxlanılıb. Haqqındakı ittihamları qəbul etməyən şübhəli məhkəmə qarşısına çıxarılıb. O, çıxarıldığı məhkəmədə həbs olunub.

AzNews.az