Bakıda qadına qarşı zorakılıq edən kişilər tutulub. Bakıda qadına qarşı zorakılıq edən kişilər tutulub.

Zorakılıq edənlər tutuldu

Bakıda qadına qarşı zorakılıq edən kişilər tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Kəmalə İsgəndərova ötən il Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə şikayət edib.

K.İsgəndərova ərizəsində göstərib ki, 2012-ci ilin dekabr ayının 20-də 3 naməlum şəxs ona qarşı zor tətbiq edərək, içərisində 73 manat pul, 2 ədəd mobil telefon və digər əşyaları olan çantasını alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Bərdə rayon sakinləri Əlvan Quliyev, Ruslan Məmmədov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Dostuyev tutulub.

Aznews.az