Şəmkirdə sərnişin taksi sürücüsünü bıçaqladı, avtomobili qaçırdı

Şəmkir rayonunda taksi sürücüsü Babayev Namiq Əli oğlunu bıçaqlayan şəxs ona məxsus avtomobili qaçıraraq rayon ərazisində fəaliyyət göstərən avtomobil təmirxanalarının birinə satıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil tapılıb. Bıçaqlayan şəxsin axtarışı isə davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.