İranda oğrunun barmağı necə kəsilir?-FOTOLAR

İranda oğruların barmaqlarını kəsmək üçün istifadə edilən cihaz ilk dəfə görüntülənib.

Lent.az-ın verdiyi məlumata görə, rəsmi İSNA agentliyi keçən həftə Şirazda oğurluq, zina və cinayətkar dəstə qurmaqda günahlandırılan bir kişinin barmaqları kəsilən zaman çəkilmiş fotoşəkilləri yayımlayıb. Həmin şəxs barmaqları kəsilməklə yanaşı, 3 il azadlıqdan məhrum edilib, 90 qırmanc cəzasına məhkum edilib. Barmaqları kəsilən həmin şəxsə öncə ağrıkəsici dərman verildiyi, bu səbəbdən barmaqları kəsilərkən güclü ağrı hiss etmədiyi bildirilir.

İran İnsan Haqları Təşkilatının Norveçdəki sözçüsü Mahmud Emiri Mokaddem deyib ki, İranın rəsmi agentliyi tərəfindən yayılan fotoşəkildəki cihazı indiyə qədər heç kəs görməyib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdığı dönəmlərdə bu cür edam vasitələri nümayiş edilir.
image description image description image description image description image description