Nazirlik Qubada əməliyyat keçirdi FOTO

Daxili İşlər Nazirliyi növbəti əməliyyat keçirib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Oktyabrın 29-da RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında, Xaçmaz şəhər sakini Tərlan Dəmirov saxlanılıb. Onun idarə etdiyi "İnfiniti" markalı avtomobilə baxış zamanı yük hissəsində olan bükülüdə icərisində 241.223 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunub, maddi sübut kimi götürülüb. Saxlanılan T.Dəmirov əvvəllər cinayət məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunub. Həmin gün RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini Rəşad Quliyev saxlanılıb. Onun uzərinə baxış keçirilərkən salafan torbada 51.125 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla əlaqədar Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar aparılır.

image description image description