“Berezovski boğularaq öldürülüb” - İddia


Berezovskinin ölümü ilə bağlı daha bir versiya irəli sürülüb. Mərhumun dostlarından biri - Nikolay Qluşkov onun boğularaq öldürüldüyünü iddia edib.

Onun sözlərinə görə, hadisə yerinə ancaq Berezovskinin keçmiş həyat yoldaşı Qalina buraxılıb. Meyitin yanında şərfin olduğunu da məhz o söyləyib.

Bu isə Berezovskinin boğularaq öldürüldüyü güman etməyə əsas verir.

Britaniya mətbuatı isə daha əvvəl Berezovskinin depresiya nəticəsində intihar etdiyini ehtimal etmişdi.

Qeyd edək ki, 68 yaşlı oliqarx ötən şənbə dünyasının dəyişib. Ölümün səbəbləri hələlik məlum deyil.

Elnarə,
Telman
AzNews.az