Axtarışda olan 28 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidməti iyulun 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

AzNews xəbər verir ki, daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.