Gəncədə 19 yaşlı gənc özünə qəsd etdi

Gəncədə 19 yaşlı gənc özünə qəsd edib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhər sakini özünə xəsarət yetirib. Döş qəfəsinə bıçaq zərbəsi endirən 19 yaşlı İmamverdi Tağızadə yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı hazırda reanimasiya şöbəsindədir.

Hazırda faktla bağlı araşdırma aparılır. İ.Tağızadənin əsəb xəstəsi olduğu bildirilir.

AzNews.az