Azərbaycanlı “qanuni oğrular“ Rusiyadan çıxarılır- Əməliyyat

Avqustun 2-də Moskvada 59 yaşlı ukraynalı "qanuni oğru" Sergey Lisenko saxlanılıb.

Kriminal aləmdə Lera Sumski kimi tanınan bu şəxsdən aparıldığı polis idarəsində təcili olaraq Rusiyanı təkr etmək tələb olunub.

Rusiya mətbuatının məlumatına görə, "qanuni oğru" Donesk sakini "Qus" ləqəbli İqor Zaletinin "taclandırılması" mərasimində iştirak etmək üçün Moskvaya gəlib. Keçiriləcək "sxodka"da başqa məsələlərin də müzakirəsi nəzərdə tutulub.

Mətbuat xəbər verir ki, "sxodka" baş tutsaydı ukraynalı daha bir "qanuni oğru" artacaqdı: "Ded Xasanın ölümündən sonra onun keçmiş tərəfdarları arasında birdən-birə bir neçə iddialı fiqur ortaya çıxmağa başladı. Qruplar onlara rəhbərlik edən şəxslərin milli mənsubiyyətinə görə bir-birindən fərlənirdi. Yezidi kürdlərə Timuri və Miron, slavyanlara isə Turikinin rəhbərlik etdiyi məlum idi. Onlar öz aralarında ümumi düşmən olan "gürcü oğrulara" qarşı birləşsələr də, Rusiyada daha çox slavyan "qanuni oğru"ların şansı yüksək qiymətləndirilir. İyulun 24-də Dumadakı "Vahid Rusiya" franksiyası etnik kriminalların ölkədən kənara çıxarılması üçün mexanizm hazırlanması təklifi ilə çıxış edib.

Franksiyaya "titullu slavyanlardan" birinin xanımının daxil olmasını da nəzərə almaq lazımdır. Bu ilk növbədə Azərbaycan, Gürcüstan və Ermənistandan olan "qanuni oğru"lara şamil ediləcək".

Mətbuatın fikrincə, Moskva bazarında polisin döyülməsi, bunun təsadüfən kameraya alınması və daha sonra bazarlardakı təmizləmə əməliyyatları da etnik "qanuni oğru"lara qarşı mübarizədə arqumentə çevrilib.

Elnur
AzNews.az