25 yaşlı qız bacısını bıcaqladı - Suraxanıda

Bakı şəhərinin Suraxanı rayonu ərazisində 17 yaşlı qız bıçaqlanıb.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi 40/48 ünvanında 1988-ci il təvəllüdlü Abdullayeva Aynur Füzuli qızı ailə-məişət münaqişəsi zəminində 17 yaşlı bacısı Ayşəni bıçaqlayıb. İkinci ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

AzNews.az