Bakıdakı dəhşətli qətllə bağlı yeni təfərrüatlar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını öldürən şəxsin digər cinayət əməlləri ortaya çıxıb.

APA-nın məlumatına görə 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetirən şəxs Hökməli qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlunun ətrafına aparılan əməliyyat tədbirləri nəticəsində onun Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması müəyyən edilib. Ə. Abbasovun həyətinə baxış keçirilərkən 28 çətənə kolu, evindən isə 800 qram marixuana götürülüb.

Qeyd edək ki, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetirən şəxs Hökməli qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğludur.

Həmin şəxs ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.

Xatırladaq ki, avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.

Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxs onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqla qətlə yetirib.

AzNews.az