26 yaşlı oğlan qohumu tərəfindən bıçaqlandı

Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Seymur Mehdiyev qohumu, 1987-ci il təvəllüdlü Elnar Cəfərovla mübahisə edərək onu bıçaqlayıb.

Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az