Bağ evində dəhşətli qətl

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yeni Yaşma bağlar sahəsində şəhər sakini Bəndalı Qarayevə məxsus bağ evində həmyerlisi Siyavuş Nəbiyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb və şəhər Prokurorluğuna təhvil verilib.

AzNews.az