Ər həyat yoldaşını və qayınanasını bıçaqladı

Ağdamda "Dördyol-2" qəsəbəsində ər arvadını və qayınanasını bıçaqlayıb.

Rayonun Tağıbəyli kəndindən didərgin düşüb sözügedən qəsəbədə məskunlaşan Şükür Həsən oğlu Kərimov ailə münaqişəsi zəminində 1978-ci ildə anadan olmuş həyat yoldaşı Bədəlova Esmira Rasim qızına və 1955-ci il təvəllüdlü qayınanası Bədəlova Gülarə Nəcəfqulu qızına bıçaqla müxtəlif xəsarətlər yetirib. Xəsarət alanlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxananın həkim-cərrahı Kamil Həsənov bildirib ki, hər iki yaralının vəziyyəti kafidir, həyatlarına heç bir təhlükə yoxdur.(apa)