- Köhnə - Kriminal
- 13 Fevral 2014 11:19
- 5 087
Ordumuzun leytenantı baş-leytenantı güllələdi
 
            Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            