Bakıda oğurluqda şübhəli bilinən uşaqlar saxlanılıb Bakıda oğurluqda şübhəli bilinən uşaqlar saxlanılıb

Silsilə oğurluqlar edən uşaqlar tutuldu – Bakıda

Bakıda oğurluqda şübhəli bilinən uşaqlar saxlanılıb



AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Şahmar Qəhrəmanovun, Rüstəm Hüseynovun, Məlahət Rzayevanın və İlahə Əliyevanın avtomobillərindən pul, noutbuk, sənəd və kosmetik əşyalar oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən şəxslərin avtomobilindən oğurluq edən Bakı şəhər sakini - 12 yaşlı oğlan (N.T) müəyyən edilərək saxlanılıb.

Daha bir analoji hadisə isə Yasamal rayon ərazisində baş verib.

DİN məlumat verir ki, Bakı şəhər sakinləri Zaur Mirzəyevin, Vaqif Verdiyevin, Elçin İsmayılovun avtomobillərindən pul, qızıl əşyalar, yanacaq, sənədlər və mobil telefon, Rauf Əliyevin, Təranə Həsənovanın mağazalarından pul, tütün məmulatı və ərzaq məhsulları, Azər Həsənovun evindən qızıl əşyalar, habelə Samir Məmmədova məxsus velosiped oğurlanıb.

Rayonun 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq hadisələrini törədən Bakı şəhər sakini, 13 yaşlı oğlan (R.G) müəyyən edilərək istintaqa cəlb olunub.

Amid
AzNews.az