Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb. Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Azərbaycanda 28 cinayət “isti izlər”lə açıldı

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.