Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağər zərər vurma) ilə axtarışda olan Elvin Bayramov tutulub. Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağər zərər vurma) ilə axtarışda olan Elvin Bayramov tutulub.

Dünən həbs olunan şəxslər – SİYAHI

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağər zərər vurma) ilə axtarışda olan Elvin Bayramov tutulub.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Aprelin 26-da Binəqədi rayonu ərazisindəki çay evlərindən birində Bakı şəhər sakini İntizar Süleymanovaya məxsus içərisində 1187 manat və sənədlər olan pul kisəsi oğurlanıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Kərimov ələ keçirilib.

***

Aprelin 27-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən 114 metr dəmir boru oğurlanıb. Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakinləri Elşad Məmmədov, Adil Dudiyev və Şahliyən Məsumov tutulublar.

***

Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Şəhla Əbilhəsənovanın evindən mobil telefon oğurlayan şəhər sakini Orxan Həbibov ələ keçirilib.

***

DİN-in Kriminalistik Təhqiqatlar İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də Allahyar Həsənovun evindən 450 manat oğurlayan Yevlax rayon sakini Leyla Abdullayeva tutulub.