Bu gecə Bakıda iki qardaş bıçaqlanıb. Bu gecə Bakıda iki qardaş bıçaqlanıb.

Bakıda iki qardaş bıçaqlandı

Bu gecə Bakıda iki qardaş bıçaqlanıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyası yaxınlığındakı parkda baş verib. 32 yaşlı Fail Malik oğlu Rəhimov və qardaşı, 24 yaşlı Baladadaş müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Həkimlər Baladadaş Rəhimova döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, qardaşı Failə isə başın alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar. Hər iki xəstə əməliyyat olunub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Məlum olub ki, qardaşları aralarında yaranan mübahisə zamanı öz tanışları vurub.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşları şübhəli şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.