Ukraynanın Xerson şəhərində qətlə yetirilən iş adamı Tağıyev İlham Tağı oğlunun qatillərindən ikisi həbs olunub. Digər ikisinin isə axtarışları davam edir. Ukraynanın Xerson şəhərində qətlə yetirilən iş adamı Tağıyev İlham Tağı oğlunun qatillərindən ikisi həbs olunub. Digər ikisinin isə axtarışları davam edir.

Azərbaycanlı iş adamının qatillərindən ikisi həbs olundu

Ukraynanın Xerson şəhərində qətlə yetirilən iş adamı Tağıyev İlham Tağı oğlunun qatillərindən ikisi həbs olunub. Digər ikisinin isə axtarışları davam edir.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Azadinforma Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Xerson vilayəti üzrə rəhbəri Əlimərdan Kərimov verib.

Ə.Kərimov bildirib ki, İ.Tağıyevi öldürənlər Xerson vilayəti Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi Marçuk Vitali Andreyeviçin rəhbərliyi ilə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçiblər. Cinayətkarların Xersona Luqanskdan gəldikləri bildirilir.



Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi Şahin Qocayev və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bir aydan çoxdur törədilən məlum qətlin açılması üçün çalışırdılar.

Xatırladaq ki, avqustun 17-də qətlə yetirilən İ.Tağıyev ət "polufabrikat"larının satışı ilə məşğul olub. Cinayətin iş adamının biznesi ilə əlaqədar törədilməsi güman olunurdu.

Faktla bağlı Ukrayna cinayət məcəlləsinin 121-ci maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb. Cinayətin açılmasına dair xüsusi operativ qrup yaradılıb. İstintaqın gedişatını Ukrayna daxili işlər nazirliyi idarəsinin Xerson üzrə rəisi Artur Merikov şəxsi nəzarətinə götürüb.