Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub. Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub.

Füzuli hadisələrində iki polis əməkdaşı tutulub? - Rəsmi açıqlama (Yenilənib)

Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, tutulan polis işçiləri – Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur.

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir.

Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulublar.

Qeyd edək ki, son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən icazəsiz aksilayarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

APA.az

13:10
***

Füzulidə baş verən hadisələrlə bağlı hər hansı polis əməkdaşı tutulmayıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov deyib ki, Füzuli rayon Polis şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun Füzulidə baş verən hadisələrlə əlaqədar tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Trend.az