Dindarlar üçün vahid geyim formasının eskizləri hazırlandı

Azərbaycan din xadimləri üçün tətbiq olunacaq vahid geyim formasının eskizləri hazırlanıb.

Qafqaz Müsəlmanlar İdarəsindən AzNews.az-a verilən məlumata görə, vahid geyim formasının eskizləri baxılması üçün müvafiq dövlət qurumları ilə razılaşdırılmağa göndərilib. Bəzi detallarda dəyişikliklər edilə bilər. Eskizlərin yaxın zamanlarda təsdiq olunması gözlənilir. Eskizlər əsasında tikilmiş geyimlərin ilk nümunələri Qafqaz Müsəlmanaları İdarəsində din xadimləri üçün edilmiş təkmilləşdirilmə kurslarının ilk məzunlarına veriləcək.

Qeyd edək ki, din xadimləri üçün geyim formaları mərkəzləşmiş formada yalnız bir yerdə tikiləcək. Daha sonra onlar kütləvi şəkildə, mərkəzləşmiş formada respublika üzrə din xadimlərinə paylanacaq.

Aydan Axundova
AzNews.az