“Müsabiqədə istefalar yaxşı hal deyil” “Müsabiqədə istefalar yaxşı hal deyil”

MKM-in təsisçisi Ədəbiyyat Müsabiqəsindən imtinalara nə deyir?

“Müsabiqədə istefalar yaxşı hal deyil”



Yazıçılar Birliyinin Ədəbiyyat Müsabiqəsində gözlənilməz istefalar başlayıb. İlk öncə Kamal Abdulla müsabiqənin komissiya sədrliyindən imtina etdi. K.Abdullanın bəyanatının qoxusu getməmiş daha iki nəfər - şair Aqşin Yensey və nasir Zakir Sadatlnın istefaları mətbuatda yer aldı.

Ölkədəki digər müsabiqənin - Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərili AzNews.az-a açıqlamasında AYB-nin keçirdiyi müsabiqə barədə yayılan məlumatlata təəssüfləndiyini bildirdi: "Əksinə, mən çox istərdim ki, AYB-inin uğurlu bir layihəsi baş tutsun. Özü də bu davamlı bir hal alsın. Düzü, orada baş verən istefaların səbəbini də anlaya bilmirəm. Məncə istefalardansa ədəbiyyat müsabiqələrinin sayı nə qədər çox olsa, bir o qədər Azərbaycan üçün xeyirli olar".

"Sizcə bu istefaların kökündə ədalətsizlikmi durur" sualını N.Köçərili belə cavablandırdı: "Onu deyə bilmərəm. Düzü o prosesin içərisində deyiləm. Amma müsabiqədə istefalar yaxşı hal deyil".


Bahar Rüstəmli
AzNews.az