Türkiyəli aktrisa Ece Uslu ilə “Endemol Shine” film şirkəti arasında qalmaqal yaşanıb. Türkiyəli aktrisa Ece Uslu ilə “Endemol Shine” film şirkəti arasında qalmaqal yaşanıb.

Aktrisa film şirkətini məhkəməyə verdi

Türkiyəli aktrisa Ece Uslu ilə “Endemol Shine” film şirkəti arasında qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa rol aldığı “Dayan Yüreğim” serialında 75 min lirə dəyərində maaşını ala bilməyib.

Film şirkəti isə E. Uslunun etirazlarına məhəl qoymayıb, “Bizim borcumuz yoxdur” deyə açıqlama verib.

43 yaşlı aktrisa məsələ ilə bağlı Ədliyyə Hüquq Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 13-cü bölümdə finalı olan layihənin qəhrəmanları bir müddət əvvəl şirkətin qarşısında etiraz aksiyası keçirmişdi.

AzNews.az

image description image description