Bu gün Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib. Bu gün Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib.

Qarabağlar Türbə Kompleksi bərpa olundu - Fotolar

Bu gün Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib.

AzNews.az bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

İyulun 5-də Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.