- Köhnə - Mədəniyyət
- 25 İyul 2018 16:36
- 20 135
Həsənağa Sadıqovun oğlu xalqa səsləndi: “Kömək lazımdır”
Bir neçə musiqi alətinin mahif ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhəti pisləşib.
Bu barədə AzNews.az-a sənətkarın oğlu Elşən Sadıqov məlumat verib. O, atasının müalicəsinin xarici ölkələrdə mümkün olduğunu deyib:
“Atam pisdir. Qaraciyər bütün daxili orqanları sıradan çıxarıb. Demək olar ki, qaraciyər fəaliyyətini itirib. Ümid göydə Allahadır. Atamın müalicəsi üçün kömək lazımdır. Atam xarici ölkəyə aparılsa, sağalmasına ümid çoxdur. Hər gün atamın ömründən gedir. Gecələr komaya düşür”.
Bahar RÜSTƏMLİ
AzNews.az