Rəqqasə Aytənin oriental kişi tələbəsi ilə bağlı efirlərdə verdiyi açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bir çox veriliş aparıcısı oriental rəqqas söhbətinə ağız büzüb. Rəqqasə Aytənin oriental kişi tələbəsi ilə bağlı efirlərdə verdiyi açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bir çox veriliş aparıcısı oriental rəqqas söhbətinə ağız büzüb.

Rəqqasə Aytən: “Çox baha qiymətə gedirəm”

Rəqqasə Aytənin oriental kişi tələbəsi ilə bağlı efirlərdə verdiyi açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bir çox veriliş aparıcısı oriental rəqqas söhbətinə ağız büzüb.

Oriental rəqqasə Aytən AzNews.az-a müsahibəsində onun çox istedadlı oğlan olduğunu, amma sənətdə irəli gedə bilməyəcəyini deyib.

-Bu oğlan Sumqayıtdandı. Bir az öncə anası gəldi yanıma, yalvardı-yaxardı ki, “mənim oğlum oriental rəqqas olmaq istəyir, ona kömək et”. Mat-məttəl qaldım. Dedim ki, bu sənət sənin oğlun üçün çətin olacaq. Əl çəkmədi ki, götürməlisən, vəssalam. Oğlanın rəqsinə baxdım, gördüm ki, az-çox qabiliyyəti var. 5-6 aydır ki, onunla məşğulam. İndi əməlli-başlı oriental rəqqasdır. Düzdür, bir az arıqdır. Oriental rəqqas və rəqqasə arıq olmamalıdır, silkələnəndə nəsə gözə dəyməlidir. Gözləyirəm ki, oğlan bir az kökəlsin. Onu bir neçə kanallara çıxardacam, qoy Azərbaycan xalqı görsün ki, bizim həm də oğlan oriental rəqqasımız var.

-Bu həvəs onda haradan yaranıb?

-Deyir mən bu sənəti sevirəm, uzun vaxtdır ki, evdə oynayır. Öz-özünə məşğul olur. Dedim ki, get özünə başqa sənət tap, Azərbaycanda qəbul olunmayacaqsan. Tanınmış rəqqas olmaq istəyir. Amma mən ona dedim ki, cəmiyyət səni qəbul etməyəcək, daşqalaq edəcək. Mən hazırlaşdırım, öz missiyamı başa vurum, sonrası onluqdu. Toy, xına məclislərinə aparıram. Onu artıq yanımda görürlər. Sonra kimsə sifariş versə ki, öğlanı da özünlə gətir aparacam.

-Toy, xına məclislərinin sayı günbəgün azalır. Bunu sizin toy qiymətinizə təsiri olub?

-Toylara çox dəvət alıram. Özü də dəvəti çox elit yerlərdən alıram. Hər dəvəti qəbul etmirəm, qiymətim dəyişməyib. Toylara elə əvvəlki qiymətə gedirəm. Rəqəm deməyəcəm, çox baha qiymətə gedirəm.

-Son vaxtlar oriental rəqqasələrin sayı çoxalıb. Efirlərdə, sosial şəbəkələrdə qalmaqallı roliklərini paylaşırlar, hətta bəziləri qonşu Türkiyədə striptiz göstərirlər. Bununl bağlı nə deyə bilərsiniz?

-Bunun bir səbəbi kanallardır. Əgər kanallar onları efirə buraxmasa, rəqqasələr çoxalmayacaqdı. Onların efirə sənətini deyil, simasını göstərmək üçün çıxır. Reklam olunub, məclislərə dəvət almaq istəyirlər. Belə toy tutmaq olar? Bunu hər kəs başa düşür. Kanallar hər yoldan keçən rəqqasəni efirə buraxıb ki, qalmaqal yaratsınlar. Mən özümə söz vermişəm ki, rəqqasə olan verilişə getməyəcəm. Biabırçılıqdır.Belə sənət olar? Kimi soyunub yola çıxır, kimi maşının üstünə, kimi aftobusun içində... Ayıbdır ey. Heç bir elit məclis sahibi belə rəqqasəni toyuna aparmaz.

Bahar RÜSTƏMLİ
AzNews.az