“Qisas almadan ölmə. Keçmişdən məktublar“-ın təqdimatı olacaq

"Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin təqdimatı keçiriləcək.


AzNews.az-a xəbər verir ki, mərasim fevralın 18-də Nizami Kino Mərkəzində baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilib.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq Artisti Oqtay Mir-Qasım, bəstəkarı Elmar Feldir (İsrail).

Filmdə Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Bahar
AzNews.az