“Arşın Mal Alan“ YUNESKO-nun arşınında

"Arşın Mal Alan"ın 100 illik yubileyi YUNESKO çərçivəsində qeyd olunacaq". Bu açıqlama ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edib.

YUNESKO-nun Azərbaycan üzrə təmsilçisi Sənubər Bağırova AzNews.az-a açıqlamasında "Arşın mal alan"ın YUNESKO-da xüsusi bir proqrama daxil edildiyini bildirdi: "YUNESKO-da bir proqram var.

Əhəmiyyətli sənət əsərləri, yaxud da görkəmli yazıçılar, şairlər, sənət adamları, mədəniyyət hadisələrinin yubileyləri bu proqram çərçivəsindədir. "Arşın mal alan"ın 100 illik yubileyi də balaca hadisə deyil. Belə qərara alındı ki, yubiley YUNESKO səviyyəsində keçirilsin. Ora ancaq dünya əhəmiyyətli sənət əsərləri göndərilir".

Bahar Rüstəmli
AzNews.az