Onlardan 18-i “isti izlər”lə açılıb. Onlardan 18-i “isti izlər”lə açılıb.

Bir gündə 118 cinayət... - Kriminal statistika

Onlardan 18-i “isti izlər”lə açılıb.

Noyabrın 20-dən 21-ə kimi Respublika ərazisində 118 cinayət hadisəsi baş verib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, bu cinayətlərdən 18-i “isti izlər”lə açılıb.

- Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 12 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az