Bakıda gözəllik salonunda oğurluq olub Bakıda gözəllik salonunda oğurluq olub

Gözəllik salonuna gələn qadının çantasını oğurladılar - Pul apardılar

Bakıda gözəllik salonunda oğurluq olub

Bakının Yasamal rayonunda yerləşən gözəllik salonlarının birində oğurluq faktı qeydə alınıb.

AzNews.az-ın məlumatına əsasən, Bəsti Bağırova küçəsində yerləşən salona gələn Lalə Əlimirzəyevanın əl çantası oğurlanıb. Zərərçəkənin sözlərinə görə, əl çantasında 175 manat pul olub.

Faktla bağlı Yasamal RPİ-də cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azər
AzNews.az