Avtomobili yol kənarındakı beton dirəyə vurub... Avtomobili yol kənarındakı beton dirəyə vurub...

“BMW” ilə qəza törətdi, xəstəxanada dünyasını dəyişdi

Avtomobili yol kənarındakı beton dirəyə vurub...

Bərdədə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 2-də saat 19 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Elimdar Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub.

Nəticədə E.Məmmədov və bir sərnişini xəstəxanaya yerləşdirilib,sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az