Plastik qabda, kustar üsulla hazırlanmış... Plastik qabda, kustar üsulla hazırlanmış...

Sifarişli cinayətlər törətmiş gürcü məhbusa spirtli içki sovqatı... - Qarşısı alındı

Plastik qabda, kustar üsulla hazırlanmış...

Bakıda sifarişli cinayətlər törətdiyi üçün həbsdə olan Gürcüstan vətəndaşına spirtli içki keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən AzNews.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 133.2.1; 133.2.3; 133.2.4; 144.3; 182.2.3; və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az