Bakıdakı məşhur şadlıq sarayında ofisiant qonağı bıçaqladı

Toya gəldi, bıçaqlandı

Bakıda məşhur şadlıq evində qan düşüb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Belə ki, restoranda ofisiant işləyən Elşən Coşqun oğlu Seyidzadə müştəri Rəcəb Baba oğlu Muradovu bıçaqlayıb.

R. Muradov dərhal xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən E. Seyidzadə isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, “Təbrik” şadlıq sarayı maştağalı iş adamı Hacı Namiqə məxsusdur.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Azər
AzNews.az