Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır

Keçmiş məhkumdan narkotik götürüldü

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.