- Qanundan kənarda
- 18 İyun 2022 13:22
- 4 948
"Bərdə bazarında uşağın nənəsi tərəfindən diləndirilməsi iddiası araşdırılır" - DİN

"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır"
Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır.
"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır", - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi ilə bağlı məlumatlar yayılmışdı.