Bu, “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir Bu, “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir

Tramp Səudiyyəyə zəng etdi - Neft ölkələri gündəlik 332 milyon dollar itirdi

Bu, “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir

"Ötən həftənin son iş günündə ABŞ prezidenti Donald Trampın Səudiyyəyə zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu. Trampın zəngi nefti qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov ABŞ prezidentinin Səudiyyəyə olan zəngini şərh edərkən deyib.

Image result for vüqar bayramov

O bildirib ki, qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub:

“Mart ayında Azrəbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman Trampın zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərinin 2.6 milyon azaltdığı aydın olur. Bu, mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən “qara qızıl” ucuzlaşmağa başladı. ABŞ prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir”.

Vüqar Bayramovun fikrincə, bir zəng neftin dünya bazar qiymətini hiss edilən dərəcədə dəyişə bilirsə, deməli neft ölkələri üçün enerji gəlirlərindən asılılığının aradan qaldırılması əsas prioritet olmalıdır:

“Bu, həmçinin “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Beləliklə, neftin qiyməti məqbul hesab olunsa belə son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description