İlin sonunadək İlin sonunadək

Ani ödəniş sistemi istifadəyə veriləcək

İlin sonunadək

Azərbaycan Mərkəzi Bankının hazırladığı ani ödəniş sistemi bu ilin sonunadək tam istifadəyə veriləcək.

Məlumata görə, bunu Mərkəzi Bankın departament rəhbəri Kəmalə Qurbanova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn ay Mərkəzi Bank bu sistemi pilot layihə üzrə seçilmiş banklarla ictimaiyyətə təqdim edəcək: “Ani ödəniş sistemi ölkədəki ödəniş sistemlərindən fərqli olacaq, iki tərəf arasında 7/24/365 rejimində əməliyyat aparmağa imkan verəcək”. (Trend)

AzNews.az