- Pullu iş
- 1 Sentyabr 2020 19:48
- 4 667
Vahid büdcə təsnifatına dəyişiklik edildi

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarına dəyişiklik edib.
AzNews.az-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar vahid büdcə təsnifatına daxil edilib.